QR CodeQR Code

Tramp: 2024-cü il prezident seçkilərində iştirak edəcəyəm

IslamTimes , 3 Dec 2020 00:19

İslamTimes: Builki seçkilərdə məğlubiyyəti qəbul etməyəcəyini dəfələrlə dilə gətirən Donald Tramp gözlənilmədən 2024-cü il prezident seçkilərində namizədliyini irəli sürəcəyini bildirib


"Guardian" xəbər verir ki, ABŞ-ın hazırkı prezidenti Donald Tramp növbəti prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.

Əksəriyyəti Respublikaçıların olduğu izdiham qarşısında çıxış edən Tramp deyib: "Bu inanılmaz dörd il oldu. Biz daha dörd il burada olmaq istəyirik və bu məqsədlə dörd il sonra görüşəcəyik."

Trampın bu sözləri bir tərəfdarı tərəfindən lentə alınaraq Facebook-da yayımlanıb.

Amma bütün bunlara baxmayaraq Tamp hələ də Twitterdə yazdığı mesajla ​​hakimiyyəti tərk etmək niyyətində olmadığını bildirir.

Qeyd edək ki, KİV prezident seçkilərində Co Baydenin 306 seçki kollegiyasının səsini qazandığını və 80 milyon amerikalının dəstəyi ilə qalib gəldiyini bildirir.


Story Code: 901331

News Link :
https://www.islamtimes.org/az/news/901331/tramp-2024-cü-il-prezident-seçkilərində-iştirak-edəcəyəm

Islam Times
  https://www.islamtimes.org