0
Thursday 3 December 2020 - 00:19

Tramp: 2024-cü il prezident seçkilərində iştirak edəcəyəm

Story Code : 901331
Tramp: 2024-cü il prezident seçkilərində iştirak edəcəyəm
"Guardian" xəbər verir ki, ABŞ-ın hazırkı prezidenti Donald Tramp növbəti prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.

Əksəriyyəti Respublikaçıların olduğu izdiham qarşısında çıxış edən Tramp deyib: "Bu inanılmaz dörd il oldu. Biz daha dörd il burada olmaq istəyirik və bu məqsədlə dörd il sonra görüşəcəyik."

Trampın bu sözləri bir tərəfdarı tərəfindən lentə alınaraq Facebook-da yayımlanıb.

Amma bütün bunlara baxmayaraq Tamp hələ də Twitterdə yazdığı mesajla ​​hakimiyyəti tərk etmək niyyətində olmadığını bildirir.

Qeyd edək ki, KİV prezident seçkilərində Co Baydenin 306 seçki kollegiyasının səsini qazandığını və 80 milyon amerikalının dəstəyi ilə qalib gəldiyini bildirir.
Source : IslamTimes