0
Thursday 3 December 2020 - 00:05

Fransada məscidə qarşı təhqiramiz hərəkətlər edilib

Story Code : 901332
Fransada məscidə qarşı təhqiramiz hərəkətlər edilib
APA xəbər verir ki, bu barədə “France Press” agentliyi (AFP) şəhər rəhbərliyinə istinadən məlumat yayıb.

Naməlum şəxslər səhər tezdən avtomobili məscidin qapısından içəriyə salıblar. Onlar içəridəki yanğınsöndürən balonlarının tərkibini ibadət zalına boşaldıblar.

Cinayətkarlar yerli sakinlərdən biri tərəfindən aşkar edildikdə ərazidən qaçıblar. Daha sonra polis məscidin qapısını sındırmaq üçün istifadə olunmuş avtomobili qonşu kommunanın ərazisində yanmış vəziyyətdə tapıblar.

Agentlik ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat verir ki, 2019-cu ildə Fransada müsəlmanlara və onların dini mərkəzlərinə qarşı yönəlmiş əməllərinin sayı 54% artıb.