QR CodeQR Code

Fransada məscidə qarşı təhqiramiz hərəkətlər edilib

3 Dec 2020 00:05

İslamTimes: Paris yaxınlığında, Breteni-sür-Orj şəhərində yerləşən bir məscidə qarşı təhqiramiz hərəkət edilib.


APA xəbər verir ki, bu barədə “France Press” agentliyi (AFP) şəhər rəhbərliyinə istinadən məlumat yayıb.

Naməlum şəxslər səhər tezdən avtomobili məscidin qapısından içəriyə salıblar. Onlar içəridəki yanğınsöndürən balonlarının tərkibini ibadət zalına boşaldıblar.

Cinayətkarlar yerli sakinlərdən biri tərəfindən aşkar edildikdə ərazidən qaçıblar. Daha sonra polis məscidin qapısını sındırmaq üçün istifadə olunmuş avtomobili qonşu kommunanın ərazisində yanmış vəziyyətdə tapıblar.

Agentlik ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat verir ki, 2019-cu ildə Fransada müsəlmanlara və onların dini mərkəzlərinə qarşı yönəlmiş əməllərinin sayı 54% artıb.

 


Story Code: 901332

News Link :
https://www.islamtimes.org/az/news/901332/fransada-məscidə-qarşı-təhqiramiz-hərəkətlər-edilib

Islam Times
  https://www.islamtimes.org