0
Thursday 3 December 2020 - 01:00

Putindən göstəriş - Peyvəndləmə gələn həftədən aparılacaq

Story Code : 901335
Putindən göstəriş - Peyvəndləmə gələn həftədən aparılacaq
Teleqraf.com xəbər verir ki, Vladimir Putin gələn həftədən həkim və müəllimlərin koronavirusa qarşı geniş miqyaslı peyvəndlənməsinə başlamaq planını açıqlayıb.

Rusiya Prezidenti ölkədə artıq 2 milyon dozaya yaxın koronavirus peyvəndinin istehsal olunduğunu bildirib: “Bu, kütləvi də olmasa, geniş miqyaslı peyvəndləməyə başlamağımıza imkan verir. Peyvəndləmə birinci iki risk qrupunda - müəllimlər və həkimlər üzərində aparılacaq”.