0
Thursday 3 December 2020 - 01:34

ABŞ İranla gərginliyə görə diplomatlarının yarısını İraqdan çıxarır

Story Code : 901337
ABŞ İranla gərginliyə görə diplomatlarının yarısını İraqdan çıxarır
Birləşmiş Ştatlar İranla münasibətlərdə gərginliyin artması ilə əlaqədar diplomatlarının yarısını İraq ərazisindən çıxarır.

“Report”un məlumatına görə, bu barədə “Politico” qəzetinin elektron versiyası bildirib.

Mətbu orqanın məlumatına görə, ABŞ-ın Bağdad və digər şəhərlərdəki diplomat missiyaların əməkdaşları müvəqqəti olaraq bu ölkəni tərk edir. Onların qayıdışının müddəti açıqlanmır.

Qeyd edilir ki, ABŞ-ın İraqdakı səfiri Metyu Tuller bu ölkəni tərk etməyəcək.