0
Thursday 3 December 2020 - 11:17

2 ildə 4-cü seçki: İsrail siyasi böhrana yuvarlanır?

Story Code : 901390
2 ildə 4-cü seçki: İsrail siyasi böhrana yuvarlanır?
Axar.az xəbər verir ki, İsrail parlamenti Knesset özünü buraxması barədə qanun layihəsini dəstəkləyib. Layihənin lehinə 61, əleyhinə 54 deputat səs verib.

Beləliklə, 8 ay sonra ölkə yenidən parlament seçkisi astanasına gəlib. Əgər bu dəfə də seçki baş tutarsa, o zaman bu, son iki ildə keçirilən dördüncü parlament seçkisi olacaq.

Sionist rejim mətbuatı hazıda məsələnin parlamentin xüsusi komissiyasına verildiyini bildirib. Komissiya bunu dəstəkləyəcəyi təqdirdə qanun layihəsinin qəbulu üçün onun daha 3 oxunuşdan keçməsi nəzərdə tutulub.

Ekspertlər isə işğalçı İsrail üçün yeni seçkinin arzuolunmaz olduğunu qeyd ediblər. Onların fikrincə, əgər Netanyahu indi seçkilərə getsə, bu, onun üçün fəlakət olacaq. Buna əsas səbəb isə pandemiyadan sonra iqtisadiyyatın düzəlməməsidir.

Belə ki, cari ildə ölkə iqtisadiyyatının 6,5% azalacağı, qapanmalar fonunda isə işsizliyin 20%-ə çatacağı proqnozlaşdırılır ki, bu da Netanyahu üçün mənfi sayılır.

Qeyd edək ki, Netanyahu ilə Qantz arasındakı razılaşmaya əsasən, sionist rejimdə baş nazir vəzifəsi növbəli qaydada idarə ediləcək. Netanyahu bu vəzifədə 2021-ci ilin noyabrına qədər qala biləcək, ondan sonrakı dövr isə indiki müdafiə naziri Benni Qantzın baş nazirliyi ilə keçəcək.