QR CodeQR Code

İranda fəaliyyətə hazırlaşan terrorçular tutulub

3 Dec 2020 13:02

İslamTimes: İran İnqilab Keşikçiləri Həmzə Seyyidi Şühəda qərargahından verilən yazılı açıqlamada ölkənin Qərbi Azərbaycan vilayətində fəaliyyətə hazırlaşan 3 terrorçunun tutulduğu bildirilib.


Yazılı açıqlamada əməliyyat zamanı terrorçulara aid çox sayda silah-sursat və rabitə cihazının ələ keçirildiyi ifadə edilib.

Qeyd edək ki, oktyabr ayında Həmzə Seyyidi Şühəda qərargahı Kürdüstan vilayətinin Kamyaran və Mərivan bölgələrində terror təşkilatlarına qarşı iki uğurlu əməliyyat keçirmişdi. /Eastnews/


Story Code: 901401

News Link :
https://www.islamtimes.org/az/news/901401/iranda-fəaliyyətə-hazırlaşan-terrorçular-tutulub

Islam Times
  https://www.islamtimes.org