QR CodeQR Code

Pakistan da iranlı alimin terrorunu qınadı

IslamTimes , 3 Dec 2020 18:36

İslamTimes: Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü bu gün mətbuat konfransında İranın tanınmış nüvə alimi Möhsün Fəxrizadənin qətlinə münasibət bildirib.


Sözçü deyib: "Pakistan iranlı alim Möhsün Fəxrizadənin qətlini pisləyir!"

Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü bildirib: "Cənab Fəxrizadənin ailə üzvlərinə və İran xalqına səmimi qəlbdən başsağlığı veririk. Pakistan bütün tərəfləri təmkinli olmağa və bölgədəki gərginliyin artmasının qarşısını almağa çağırır."

Qeyd edək ki, Möhsün Fəxrizadə 27 noyabrda Tehranda Absard bölgəsində terror hücumu nəticəsində şəhid edilib.

Bir çox ölkələr, o cümlədən beynəlxalq təşkilatlar terror aktını pisləyən açıqlamalar yayımlayıb.


Story Code: 901460

News Link :
https://www.islamtimes.org/az/news/901460/pakistan-da-iranlı-alimin-terrorunu-qınadı

Islam Times
  https://www.islamtimes.org