QR CodeQR Code

Rusiya Baydenin İranla sazişə dönmə qərarını alqışlayır

IslamTimes , 3 Dec 2020 19:19

İslamTimes: Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Vaşinqtonun İranla HBFP nüvə anlaşmasına qayıtması qərarını müsbət qarşılayıb.


"Brookings" İnstitutunda çıxışı zamanı Antonov deib: "Moskva ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin HBFP razılaşmasına qayıtmaq qərarını alqışlayır. Bu qərarın yaxın zamanlarda həyata keçirilməsini gözləyəcəyik."

ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden ötən gün "New York Times" qəzetinə verdiyi müsahibədə bildirib ki,
İran nüvə razılaşmasında qeyd olunan öhdəlikləri tam olaraq yerinə yetirməyə başlayarsa, ABŞ rəsmi olaraq Hərtərəfli Birgə Fəaliyyət Planı (JCPOA) kimi tanınan razılaşmaya geri dönəcək.

Bayden İranın öz öhdəliklərinə əməl edəcəyi təqdirdə rəsmi Vaşinqtonun Donald Tramp administrasiyasının Tehrana tətbiq etdiyi sanksiyaları ləğv edəcəyini də iddia edib.


Story Code: 901462

News Link :
https://www.islamtimes.org/az/news/901462/rusiya-baydenin-iranla-sazişə-dönmə-qərarını-alqışlayır

Islam Times
  https://www.islamtimes.org