0
Thursday 3 December 2020 - 19:42

Sanders: Tramp ABŞ-da demokratiyanı məhv etdi!

Story Code : 901468
Sanders: Tramp ABŞ-da demokratiyanı məhv etdi!
Vermont əyalətindən olan Demokrat senator Berni Sanders CNN-ə verdiyi müsahibədə Donald Trampın ABŞ-da demokratiyanı məhv etməyə çalışdığına işarə edərək deyib: "Ədalətli bir seçkinin şahidi olduq. Ölkədə seçki sonrası proseslərin təbii formada irəliləməsinə izn verməliyik. Amma seçkilər Trampın hədə-qorxuları və təhdidləri ilə müşayiət olundu. Bu inanılmazdır! Respublikaçılar da Trampın əlində alətə çevrilmiş bir qrup formasına gəlib."

Sanders əlavə edib: "Amerika xalqı hazırda bütün bunları anlayan bir prezident istəyir. Bu gün kontrol edilməli olan koronavirus pandemiyası ilə üz-üzəyik. İqtisadi çöküş göz qabağındadır. ABŞ-da milyonlarla insan normal qidalana bilmir. Onlar bir çox problemlərlə qarşılaşıb. Milyonlarla insan tibbi sığortasız qalaraq işsizlər cərgəsinə qatılıb. Bu gün cəmiyyətdə bərabərsizlik hökm sürür. Bir neçə varlı daha da zənginləşir, sadə vətəndaşlar isə daha da yoxsullaşır. Xalq Co Baydenin idarəçiliyi ələ almasını istəyir."
Source : IslamTimes