QR CodeQR Code

NATO vertolyotu yerə salındı

islamtimes , 8 Aug 2011 00:25

Translator :

İslamtimes - 38 ABŞ əsgəri məhv edildi


islamtimes.org/az/ - “İslamtimes” in Qərb mətbuatına istinadən verdiyi məlumata görə işğalçı Amerika ordularına qarşı vuruşan Əfqan mücahidləri müasir bir NATO vertolyotunu salaraq 40-a yaxın əsgərini məhv etməyə müvəffəq olublar.

Əfqanıstan prezidenti Hamid Kərzayi də hadisəni təsdiqləyərək, ölkənin şərqində düşən NATO vertolyotunda 32 Amerika əsgəri ilə yanaşı 7 Əfqan əsgərin öldüyünü açıqlayıb. Kərzayi açıqlamasında əlavə olaraq ABŞ prezidenti Barak Obamaya başsağlığı göndərdiyini bildirib.

Qeyd edək ki, Kərzayidən qabaq Əfqanstan baş nazriri də NATO vertolyotunun ölkənin Vardak əyalətinin Seyid Abad bölgəsində yerə salındığını elan etmişdi.

NATO-dan verilən məlumata görə Chinook modelli vertolyotdakı Amerika əsgərlərinin hamısı, hücum üçün hazırlaşırmışlar.
Bu qüvvələr "QATİL ƏSGƏRLƏR" kimi tanınır.

Xatırladaq ki, Əfqanıstana 2001-ci ilin sonunda başlayan koalisiya müdaxiləsinin bu ən ağır itkisiylə əlaqədar olaraq NATO indiyə qədər statistik məlumat açıqlamayıb


Story Code: 90163

News Link :
https://www.islamtimes.org/az/news/90163/nato-vertolyotu-yerə-salındı

Islam Times
  https://www.islamtimes.org