0
Saturday 5 December 2020 - 00:04

Bu il incəsənət dünyasına ən çox təsir edən “Black Lives Matter” hərəkatı olub

Story Code : 901697
Bu il incəsənət dünyasına ən çox təsir edən “Black Lives Matter” hərəkatı olub
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu qənaətə “ArtReview” jurnalı gəlib.

Adətən hər il incəsənətin inkişafına töhfə vermiş müəyyən xadim və ya qrup reytinqə liderlik etsə də bu dəfə uzun müddət sonra ilk yeri bütöv bir hərəkat götürüb.

Siyahını hazırlayanların fikrincə “Black Lives Matter” hərəkatı incəsənət dünyasında böyük dəyişikliyə səbəb olub: “BLM müasir mədəniyyətdə paradiqmaların dəyişməsinin və irqi ədalətin qlobal şəkildə etiraf edilməsinin simvoluna çevrildi. Bu ona gətirdi ki, Amerika Birləşmiş Ştatlarında polis zorakılığına qarşı başlayan hərəkat dünya mədəni landaşftını köklü surətdə dəyişdi. Bu bir sıra müəssisə və kampaniyalarda irqi ayrı-seçkiliyə daha çox diqqət ayırmasına gətirib çıxardı”.

Siyahının ikinci yerində 2000-ci ildə Cakartada əsası qoyulmuş “ruangrupa” adlı art-kollektiv dayanır.

#MeToo hərəkatı isə ilk beşlikdə qərar tutub.