0
Saturday 5 December 2020 - 10:09

Pentaqon: BƏƏ-yə F-35 satılması ilə ağlı müqavilə andiçməyədək imzalana bilər

Story Code : 901755
Pentaqon: BƏƏ-yə F-35 satılması ilə ağlı müqavilə andiçməyədək imzalana bilər
APA TASS-a istinadən xəbər verir ki, belə bir fikri ABŞ-ın Müdafiə Əməkdaşlığı və Təhlükəsizlik Agentliyinin direktoru Haydi Qrant brifinq zamanı səsləndirib.

“Bunun mümkün olub-olmadığını soruşsanız, o zaman tamamilə mümkündür. Lakin biz buna nəzarət etmirik, ABŞ Konqresinin qərarını gözləyirik. Daha sonra BƏƏ tərəfinə verəcəyimiz təklifin cavabını gözləyəcəyik. Bununla belə, mümkündür”, - Qrant belə deyib.

O, belə bir razılaşmanın həyata keçirilməsinə ABŞ-ın qanunverici orqanı tərəfindən icazə verilməli olduğunu diqqətə çatdırıb.

Öz növbəsində, mətbuat konfransında iştirak edən ABŞ Dövlət katibinin hərbi və siyasi məsələlər üzrə köməkçisi Klark Kuper bildirib ki, Konqres BƏƏ-yə F-35 təyyarələrinin tədarükü ilə bağlı öz fikirlərini gələn həftə bildirməlidir. Bundan sonra ABŞ və BƏƏ rəsmiləri müqavilənin detallarını müzakirə etməyə başlayacaq və bu prosesin müddəti üçün hər hansı məhdudiyyət yoxdur.