QR CodeQR Code

Pentaqon: BƏƏ-yə F-35 satılması ilə ağlı müqavilə andiçməyədək imzalana bilər

5 Dec 2020 10:09

İslamTimes: Amerikanın F-35 qırıcı-bombardmançı təyyarələrinin BƏƏ-yə tədarükü üçün müqavilənin imzalanması 20 yanvar tarixində nəzərdə tutulan andiçmə mərasimindən əvvəl də mümkün ola bilər.


APA TASS-a istinadən xəbər verir ki, belə bir fikri ABŞ-ın Müdafiə Əməkdaşlığı və Təhlükəsizlik Agentliyinin direktoru Haydi Qrant brifinq zamanı səsləndirib.

“Bunun mümkün olub-olmadığını soruşsanız, o zaman tamamilə mümkündür. Lakin biz buna nəzarət etmirik, ABŞ Konqresinin qərarını gözləyirik. Daha sonra BƏƏ tərəfinə verəcəyimiz təklifin cavabını gözləyəcəyik. Bununla belə, mümkündür”, - Qrant belə deyib.

O, belə bir razılaşmanın həyata keçirilməsinə ABŞ-ın qanunverici orqanı tərəfindən icazə verilməli olduğunu diqqətə çatdırıb.

Öz növbəsində, mətbuat konfransında iştirak edən ABŞ Dövlət katibinin hərbi və siyasi məsələlər üzrə köməkçisi Klark Kuper bildirib ki, Konqres BƏƏ-yə F-35 təyyarələrinin tədarükü ilə bağlı öz fikirlərini gələn həftə bildirməlidir. Bundan sonra ABŞ və BƏƏ rəsmiləri müqavilənin detallarını müzakirə etməyə başlayacaq və bu prosesin müddəti üçün hər hansı məhdudiyyət yoxdur.

 


Story Code: 901755

News Link :
https://www.islamtimes.org/az/news/901755/pentaqon-bəə-yə-f-35-satılması-ilə-ağlı-müqavilə-andiçməyədək-imzalana-bilər

Islam Times
  https://www.islamtimes.org