QR CodeQR Code

AB və Britaniya "Brexit" məsələsində razılığa gələ bilməyib

5 Dec 2020 10:30

İslamTimes: Avropa Birliyi və Böyük Britaniyadan olan nümayəndələr Birləşmiş Krallığın təşkilətdan çıxmasından (Brexit) sonra sərbəst ticarət barədə razılığa gələ bilməyiblər.


Avropa Birliyi və Böyük Britaniyadan olan nümayəndələr Birləşmiş Krallığın təşkilatdan çıxmasından (Brexit) sonra sərbəst ticarət barədə razılığa gələ bilməyiblər. Məsləhətləşmələr dayandırılıb, bundan sonra atılacaq addımlara dair qərar Britaniyanın Baş naziri və Avropa Komissiyasının rəhbəri tərəfindən veriləcək.

APA xəbər verir ki, bu barədə AB-nin “Brexit” üzrə əsas müzakirəçisi Mişel Barnye “Twitter” səhifəsində qeyd edib.

“Bir həftə davam edən intensiv məsləhətləşmələrdən sonra britaniyalı nümayəndə Devid Frostla razılığa gəldik ki, balıqçılıq, dövlət idarəetməsi və ticarət qaydaları ilə bağlı ciddi fikir ayrılıqları olduğundan müqavilənin şərtləri yerinə yetirilməyib. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Britaniyanın Baş naziri Boris Conson vəziyyəti şənbə günü günortadan sonra müzakirə edəcək”, - Barnyenin paylaşımında belə deyilir.


Story Code: 901760

News Link :
https://www.islamtimes.org/az/news/901760/ab-və-britaniya-brexit-məsələsində-razılığa-gələ-bilməyib

Islam Times
  https://www.islamtimes.org