QR CodeQR Code

İran Almaniya xarici işlər nazirinin nüvə sazişilə bağlı iddiasına cavab verib

5 Dec 2020 10:55

İslamTimes: İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Almaniyalı həmkarı Hayko Maasın nüvə sazişinə əlavələrin edilməsilə bağlı mövqeyini tənqid edib.


SalamNews xəbər verir ki, Məhəmməd Cavad Zərif Almaniya XİN rəhbəri Hayko Maasın nüvə sazişinə əlavələrin edilməsi ilə bağlı çıxışını rəsmi tvitter səhifəsində tənqid edib.

O deyib:

“Hayko Maas və 3 Avropa ölkəsi İranın nə edəcəyilə bağlı danışmaqdan öncə özləri BMT Təhlükəsizlik Şurasında qəbul edilmiş 2231-ci qətnamənin şərtlərinə əməl etsinlər, onlar koronavirus dövründə (ABŞ sanksiyalarından dolayı) dava-dərmanın idxalına qoyulan qadağanı aradan götürsünlər, BMT qətnaməsində yer alan öhdəliklərini yerinə yetirsinlər, nüvə sazişini pozmaqdan əl çəksinlər və bölgədə şərr əməllərini bitirsinlər. Onlar 100 milyarddan çox Fars körfəzi hövzəsindəki ərəb dövlətlərinə silah satır, İsrailin terror addımlarını kor-koranə şəkildə dəstəkləyirlər.”

Qeyd edək ki, Mayko Haas bundan öncə bildirib ki, sabiq nüvə sazişinə yeni əlavələrin edilməsi zəruridir. ABŞ tərəfi kimi bir sıra Avropa dövlətləri də nüvə sazişinə İranın ballistik raketlər proqramının da daxil edilməsini irəli sürürlər.


Story Code: 901781

News Link :
https://www.islamtimes.org/az/news/901781/iran-almaniya-xarici-işlər-nazirinin-nüvə-sazişilə-bağlı-iddiasına-cavab-verib

Islam Times
  https://www.islamtimes.org