QR CodeQR Code

Prezidentin xanımına ABŞ-dan şok təklif: “Ondan boşan, sənə…”

5 Dec 2020 11:31

İslamTimes: Venesuela Prezidenti Nikolas Maduro jurnalistlərə açıqlamasında xanımı Kiliya Floresə ABŞ-ın ölkəsindəki xüsusi nümayəndəsinin boşanma qarşılığında Amerika hökumətinin qeyd-şərtsiz dəstəyini qazanacağını təklif etdiyini açıqlayıb.


Teleqraf.com xəbər verir ki, Maduro amerikalı diplomatın öz adamları vasitəsilə Venesuelanın birinci xanımıyla əlaqə qurduğunu deyib.

“ABŞ Prezidenti Donald Trampla öz elçiləri vasitəsilə həmişə əlaqəmiz olub”, - Maduro qeyd edib.

Venesuela lideri ABŞ diplomatının göndərdiyi mesajla əlaqədar isə bunları söyləyib:

“Bildiriblər ki, əgər Madurodan boşansan, xarici ölkəyə səyahət edə biləcəksən və sənə bütün dəstəyi verəcəyik. Bu, bir roman deyil, gerçəkdir”.


Story Code: 901784

News Link :
https://www.islamtimes.org/az/news/901784/prezidentin-xanımına-abş-dan-şok-təklif-ondan-boşan-sənə

Islam Times
  https://www.islamtimes.org