1
Sunday 6 December 2020 - 02:03

Küveytli analitik: Fəxrizadənin terroru Mossadın işidir

Story Code : 901926
Küveytli analitik: Fəxrizadənin terroru Mossadın işidir
Analitik Twitter hesabında yazıb: "Mossad, nüvə fizikası sahəsindəki təcrübəli alimləri sionist rejimin təhlükəsizliyinə təhdid olaraq gördüyü zaman onlara qarşı hərəkətə keçir. Bu hadisə daha öncələr də baş verib.
İstəsəniz Qordon Tomasın "Mossad sərgüzəştləri" əsərini oxuya bilərsiniz."

Sionist Kəşfiyyat Naziri (Mossad) Eli Kohen ötən gün Maariv qəzetinə verdiyi bir müsahibədə iddia edib: "İranlı nüvə alimini kimin terror etdiyini bilmirəm, ancaq təbii ki, onun üçün göz yaşı tökməyəcəyəm."

Eli Kohen deyib: "Fəxrizadəni tanıyaraq, onu izləmişik. Biz onun nə etdiyini bilirdik. Onun fəaliyyəti Yaxın Şərqə və bütün dünyaya təhlükə yaradacaq bir plandan ibarət idi."
Source : IslamTimes