QR CodeQR Code

Küveytli analitik: Fəxrizadənin terroru Mossadın işidir

IslamTimes , 6 Dec 2020 02:03

İslamTimes: Küveyt Universitetinin professoru Abdullah əl-Nafisi bildirib ki, sionist rejim iranlı nüvə alimi Möhsün Fəxrizadənin terror hadisəsində iştirak edib.


Analitik Twitter hesabında yazıb: "Mossad, nüvə fizikası sahəsindəki təcrübəli alimləri sionist rejimin təhlükəsizliyinə təhdid olaraq gördüyü zaman onlara qarşı hərəkətə keçir. Bu hadisə daha öncələr də baş verib.
İstəsəniz Qordon Tomasın "Mossad sərgüzəştləri" əsərini oxuya bilərsiniz."

Sionist Kəşfiyyat Naziri (Mossad) Eli Kohen ötən gün Maariv qəzetinə verdiyi bir müsahibədə iddia edib: "İranlı nüvə alimini kimin terror etdiyini bilmirəm, ancaq təbii ki, onun üçün göz yaşı tökməyəcəyəm."

Eli Kohen deyib: "Fəxrizadəni tanıyaraq, onu izləmişik. Biz onun nə etdiyini bilirdik. Onun fəaliyyəti Yaxın Şərqə və bütün dünyaya təhlükə yaradacaq bir plandan ibarət idi."


Story Code: 901926

News Link :
https://www.islamtimes.org/az/news/901926/küveytli-analitik-fəxrizadənin-terroru-mossadın-işidir

Islam Times
  https://www.islamtimes.org