0
Sunday 6 December 2020 - 02:27

Trampın Corciyada da səslərin ləğv edilməsi tələbi rədd edildi

Story Code : 901927
Trampın Corciyada da səslərin ləğv edilməsi tələbi rədd edildi
Ağ Evdə son həftələrini keçirən Donald Trampın hakimiyyəti əldən verməmək üçün təlaşları növbəti dəfə məğlubiyyətlə üzləşib. Belə ki, bu dəfə Corciya ştatındakı Federal Apelyasiya Məhkəməsi Trampın iddialarının əsassız olduğunu bildirərək seçkidə qeydə alınmış səsləri ləğv etməkdən boyun qaçırıb.

Tramp, 2020-ci il 3 noyabr prezident seçkilərində mübahisəli əyalətlərdə seçki saxtakarlığına yol verildiyi iddiası ilə məhkəməyə üz tutub. O səslərin yenidən sayılmasına və bülletenlərin bir hissəsinin ləğv edilməsinə nail olmağa çalışsa da, bütün təlaşları səmərəsiz olub!