QR CodeQR Code

“Pfizer” şirkəti peyvənd istehsalını yarıya qədər azaldacağını bəyan edib

6 Dec 2020 08:57

İslamTimes: “Pfizer” şirkəti koronavirusa qarşı peyvənd istehsalı ilə əlaqədar problemlərin olduğunu açıqlayıb.


APA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, şirkətdən bildirilib ki, xammal tədarükündə yaranan problemlər səbəbindən planlaşdırılan peyvəndin yalnız yarısı buraxılacaq.

Şirkət bunu peyvənd üçün tələb olunan xammal tədarükünün gözləniləndən daha çox vaxt aparması ilə izah edib. Həmçinin, qeyd edilib ki, klinik sınaqların nəticələri əvvəlcədən planlaşdırılan saydan sonra olduğundan problemlər yaşanıb.

Qeyd edək ki, “Pfizer” və Alman tərəfdaşı “BioNTech SE” ilin sonuna qədər 100 milyon peyvənd istehsal edəcəyinə ümid edirdi, lakin hazırda nəzərdə tutulan dozanın sayı 50 milyona qədər endirilib.


Story Code: 901951

News Link :
https://www.islamtimes.org/az/news/901951/pfizer-şirkəti-peyvənd-istehsalını-yarıya-qədər-azaldacağını-bəyan-edib

Islam Times
  https://www.islamtimes.org