QR CodeQR Code

Britaniya və AB bu məsələləri razılaşdıracaq

6 Dec 2020 09:41

İslamTimes: Böyük Britaniya və Avropa İttifaqı Breksitdən sonra gələcək münasibətlərlə bağlı danışıqlarda irəliləyişə nail olublar, amma əvvəl olduğu kimi, indi də 3 sahədə fikir ayrılığı qalır.


Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniya Baş naziri Boris Conson və Avropa Komissiyasının sədri Ursula fon der Leyen arasında baş tutan telefon danışığının nəticələri ilə bağlı yayılan məlumatda bildirilib.

Danışıqların sabah Brüsseldə davam etdirilməsinə qərar verilib.

“Üç əsas mövzuda - balıq ovu kvotaları, vahid oyun qaydaları və dövlət tənzimləməsində əhəmiyyətli fikir ayrılıqları qalmaqdadır. Hər iki tərəf bildirib ki, bu mövzulardakı mövqelər yaxınlaşmadan razılığın əldə edilməsi mümkün deyil”, - məlumatda qeyd olunub.


Story Code: 901958

News Link :
https://www.islamtimes.org/az/news/901958/britaniya-və-ab-bu-məsələləri-razılaşdıracaq

Islam Times
  https://www.islamtimes.org