QR CodeQR Code

BƏƏ: Ən yaxşı silahı bizə verin, yoxsa başqa ölkələrdən alacağıq

6 Dec 2020 14:19

İslamTimes: BƏƏ, ABŞ-a ehtiyac duyduğu silahı təmin etmədiyi təqdirdə silah ehtiyacını ödəmək üçün başqa ölkələrə gedəcəyi barədə xəbərdarlıq edib.


BƏƏ-nin Vaşinqtondakı səfiri Yusif Atiba verdiyi açıqlama zamanı bildirib ki, "F-35" qırıcı təyyarələrini ehtiva edən və hazırda Konqres tərəfindən nəzərdən keçirilən 23 milyard dollarlıq silah müqaviləsi hər iki tərəf üçün çox vacibdir. Silah sövdələşməsi Əbu Dabi ilə Vaşinqton arasında əməkdaşlığı artıracaq.

BƏƏ-nin ABŞ-dakı səfiri iddia edib ki, "F-35" müqaviləsi sadəcə silah sövdələşməsindən daha çoxdur, Yaxın Şərqi daha təhlükəsiz edəcək və ABŞ-ın digər qlobal problemlərə yönəlməsinə imkan yaradacaq.

İsrail rejiminin silah sövdələşməsinə dair razılığına toxunan Atiba, ölkəsinin Yəməndəki cinayətlərinə görə tənqid edilməsinə cavab olaraq bildirib ki, BƏƏ keçən ilin oktyabrından bu bəri qüvvələrini Yəməndən çıxarıb.

BƏƏ-nin Vaşinqtondakı səfiri, ölkəsinə qarşı Çin və Rusiya ilə geniş müdafiə və hərbi əməkdaşlıq qurduğuna görə ittihamları şişirdilmiş kimi qiymətləndirib və eyni zamanda deyib: "Bu iki ölkə ilə iqtisadi və diplomatik əlaqələrimiz var". /Eastnews/


Story Code: 902015

News Link :
https://www.islamtimes.org/az/news/902015/bəə-ən-yaxşı-silahı-bizə-verin-yoxsa-başqa-ölkələrdən-alacağıq

Islam Times
  https://www.islamtimes.org