QR CodeQR Code

Bayden: ABŞ kritik vəziyyətdədir, amerikalıların köməyə ehtiyacı var!

IslamTimes , 6 Dec 2020 17:08

İslamTimes: ABŞ-ın yeni seçilmiş prezidenti ölkəsindəki mövcud vəziyyəti koronavirus pandemiyasının artması və pandemiyanın fəsadları səbəbindən kritik olaraq xarakterizə edib.


Co Bayden Twitterdə yazıb: "​​ABŞ-da koronavirus pandemiyası səbəbindən fövqəladə vəziyyət yaranıb. Konqres və Prezident Tramp dekabrın sonuna qədər bir tədbir görməsə 12 milyon amerikalı sığortadan faydalanmaq imkanından məhrum olacaq. Artıq onların iztirari məzuniyyət zamanları sona çatır və işdən qanuni şəkildə çıxarılma təhlükəsi ilə üz-üzədirlər.

ABŞ mətbuatının verdiyi məlumata görə, yeni ABŞ prezidenti ölkəsindəki mövcud vəziyyəti fövqəladə, kritik vəziyyət adlandıraraq, amerikalıların indi köməyə ehtiyacı olduğunu vurğulayıb.

Koronavirus ABŞ-da indiyədək görünməmiş bir böhrana səbəb olub və bu böhran indiki Vaşinqton rəhbərliyinin səriştəsizliyi üzündən daha da acınacaqlı duruma səbəb olub. ABŞ hazırda koronavirusa ən çox yoluxma halı ilə (14.983.425) dünyada birincidir.


Story Code: 902042

News Link :
https://www.islamtimes.org/az/news/902042/bayden-abş-kritik-vəziyyətdədir-amerikalıların-köməyə-ehtiyacı-var

Islam Times
  https://www.islamtimes.org