0
Monday 7 December 2020 - 00:31

Kraliça və əri vaksinasiya ediləcək

Story Code : 902090
Kraliça və əri vaksinasiya ediləcək
Publika.az xəbər verir ki, bununla bağlı “Daily Mail” məlumat yayıb.

Məlumatlara görə, kral ailəsi yaxın həftələrdə ikinci vaksinasiya mərhələsi çərçivəsində COVID-19-a qarşı preparat əldə edəcək.

Qeyd edilib ki, vaksinasiyanın ikinci mərhələsi ölkədə 80 yaşdan yuxarı insanların peyvəndlənməsini nəzərdə tutur.

İlk mərhələdə isə tibb işçiləri, qocalar evinin sakinləri vaksinasiya ediləcək.

Birinci mərhələyə növbəti həftədən start veriləcək.