QR CodeQR Code

Kraliça və əri vaksinasiya ediləcək

7 Dec 2020 00:31

İslamTimes: Böyük Britaniya kraliçası II Elizabet və əri Edinburq hersoqu Filipp koronavirusa qarşı peyvənd ediləcək.


Publika.az xəbər verir ki, bununla bağlı “Daily Mail” məlumat yayıb.

Məlumatlara görə, kral ailəsi yaxın həftələrdə ikinci vaksinasiya mərhələsi çərçivəsində COVID-19-a qarşı preparat əldə edəcək.

Qeyd edilib ki, vaksinasiyanın ikinci mərhələsi ölkədə 80 yaşdan yuxarı insanların peyvəndlənməsini nəzərdə tutur.

İlk mərhələdə isə tibb işçiləri, qocalar evinin sakinləri vaksinasiya ediləcək.

Birinci mərhələyə növbəti həftədən start veriləcək.


Story Code: 902090

News Link :
https://www.islamtimes.org/az/news/902090/kraliça-və-əri-vaksinasiya-ediləcək

Islam Times
  https://www.islamtimes.org