QR CodeQR Code

Venesuela xarici işlər naziri: Pompeo "zombi"dir

IslamTimes , 7 Dec 2020 20:11

İslamTimes: Venesuela Xarici İşlər Naziri Xorxe Ariza (Jorge Arreaza) bu gün ABŞ Dövlət katibi Mayk Pompeonu Venesuela parlament seçkiləri ilə bağlı saxtakarlıq iddialarına görə "zombi" adlandırıb.


Rusiyanın "Sputnik" xəbər agentliyinin verdiyi məlumata görə, Pompeo ötən gün Twitter səhifəsində yerləşdirdiyi mesajında ​​dünyanın əksər ölkələrindən beynəlxalq müşahidəçilərin iştirakı ilə keçirilən Venesuela parlament seçkilərinin etibarlılığını şübhə altına alıb.

Pompeo yazıb: ​​"Venesuelada seçki saxtakarlığı öncədən planlaşdırılmışdı. Maduronun qanunsuz rejiminin elan etdiyi nəticələr Venesuela xalqının iradəsini əks etdirmir. Bu gün baş verənlər əsil seçkidən tamamən fərqli olan bir saxtakarlıq idi."

Pompeonun iddialarına cavab olaraq Ariza Twitter səhifəsində yazıb: "ABŞ-ın Venesuelanı qarışdırmaq səyləri nəticəsiz qalıb. ABŞ prezidenti və Pompeo elə Amerikada da məğlub olduqdan sonra seçkilərin saxtalaşdırıldığını iddia etdilər. Ümid edirik ki, yeni hakimiyyət iş başına keçəndən sonra diplomatiya siyasəti Ağ Evə geri dönəcək!"


Story Code: 902256

News Link :
https://www.islamtimes.org/az/news/902256/venesuela-xarici-işlər-naziri-pompeo-zombi-dir

Islam Times
  https://www.islamtimes.org