0
Monday 7 December 2020 - 20:45

"ABŞ İrana qarşı bütün nüvə sanksiyalarını ləğv etməlidir"

Story Code : 902259
"ABŞ İrana qarşı bütün nüvə sanksiyalarını ləğv etməlidir"
Çin Xarici İşlər Nazirliyinin rəsmi veb səhifəsinin yaydığı məlumatına görə, Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyinq bazar ertəsi həftəlik mətbuat konfransında ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların ləğv edilməsinin zəruriliyindən danışıb.

XİN sözçüsü bu mövzu ilə bağlı deyib: "İranın nüvə proqramının mövcud vəziyyəti çox həssas və mürəkkəbdir. Vəziyyətin hansı məcrada inkişaf etməsindən asılı olmayaraq HBFP razılaşmasının qorunub saxlanılmasına çalışmalıyıq."

O əlavə edib: "Ümid edirik ki, bütün tərəflər təmkinli davranış sərgiləyəcək və HBFP sazişini qoruyaraq ABŞ-ın bu razılaşmaya qeyd-şərtsiz qayıtmasına çalışacaq. ABŞ tərəfi də öz növbəsində bütün sanksiyaları ləğv edərək öhdəçiliklərini yerinə yetirməlidir."
Source : IslamTimes