QR CodeQR Code

"ABŞ İrana qarşı bütün nüvə sanksiyalarını ləğv etməlidir"

IslamTimes , 7 Dec 2020 20:45

İslamTimes: Çin Xarici İşlər Nazirliyinin sözçüsü bu gün mətbuat konfransında ABŞ-ın İrana qarşı bütün nüvə sanksiyalarını ləğv etməsinin zəruri olduğunu söyləyib.


Çin Xarici İşlər Nazirliyinin rəsmi veb səhifəsinin yaydığı məlumatına görə, Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyinq bazar ertəsi həftəlik mətbuat konfransında ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların ləğv edilməsinin zəruriliyindən danışıb.

XİN sözçüsü bu mövzu ilə bağlı deyib: "İranın nüvə proqramının mövcud vəziyyəti çox həssas və mürəkkəbdir. Vəziyyətin hansı məcrada inkişaf etməsindən asılı olmayaraq HBFP razılaşmasının qorunub saxlanılmasına çalışmalıyıq."

O əlavə edib: "Ümid edirik ki, bütün tərəflər təmkinli davranış sərgiləyəcək və HBFP sazişini qoruyaraq ABŞ-ın bu razılaşmaya qeyd-şərtsiz qayıtmasına çalışacaq. ABŞ tərəfi də öz növbəsində bütün sanksiyaları ləğv edərək öhdəçiliklərini yerinə yetirməlidir."


Story Code: 902259

News Link :
https://www.islamtimes.org/az/news/902259/abş-irana-qarşı-bütün-nüvə-sanksiyalarını-ləğv-etməlidir

Islam Times
  https://www.islamtimes.org