QR CodeQR Code

Dubay hava limanında 200 israilli saxlanıldı

IslamTimes , 7 Dec 2020 21:05

İslamTimes: BƏƏ təyyarəsi ilə Dubaya yollanan 200-ə yaxın israilli sərnişin hava limanında saxlanılıb


Sputnik-in verdiyi məlumata görə, Sionist KİV-i bazar ertəsi gecəsi BƏƏ təyyarəsi ilə Dubaya yollanan 200-ə yaxın israilli sərnişininin viza ilə bağlı problem səbəbindən Dubay hava limanında saxlanılıb. Onlara şəhərə daxil olmalarına icazə verilməyib.

Məlumata görə, yeni qanuna əsasən işğalçı İsrail rejimi vətəndaşlarından BƏƏ-yə daxil olmaları üçün viza tələb olunur.

Sionist xəbər mediasının verdiyi məlumata görə, israillilərə xüsusi elektron formaları doldurana qədər BƏƏ-yə girə bilməyəcəkləri söylənilib.

Bundan əlavə Tel-Əviv-Dubay reysi İsrail Hava Yolları tərəfindən təxirə salınıb. Sionist rejimin BƏƏ-yə ilk uçuşu Səudiyyə Ərəbistanı rejiminin İsrailə hava məkanından mülki uçuşlar üçün icazə verməsindən sonra, 1 dekabr tarixində reallaşıb.


Story Code: 902260

News Link :
https://www.islamtimes.org/az/news/902260/dubay-hava-limanında-200-israilli-saxlanıldı

Islam Times
  https://www.islamtimes.org