0
Tuesday 8 December 2020 - 12:17

Sisi Makrona: "İslam rəmzlərinin və Peyğəmbərin təhqir edilməsi..."

Story Code : 902407
Sisi Makrona: "İslam rəmzlərinin və Peyğəmbərin təhqir edilməsi..."
Teleqraf.com xəbər verir ki, Misirin dövlət başçısı irqçilik və İslamofobiyanın dünyada sülhə və təhlükəsizliyə təhlükə adlandırıb. O əlavə edib ki, İslam rəmzlərinin və Peyğəmbərin təhqir edilməsinə heç vəchlə söz və ifadə azadlığı ilə bəraət qazandırmaq olmaz.

Sisinin sözlərinə görə, bu gün Qərblə İslam aləmi arasında əlaqələrin qorunub saxlanılmasında dini tolerantlıq və mədəniyyətlərarası dialoq böyük əhəmiyyətə malikdir. Misir Prezidenti, həmçinin “İslam terrorçuları” terminini də qəbuledilməz hesab edib və Qərb ölkələrinin siyasətçilərini bu cür təhrikedici ifadələrdən çəkinməyə çağırıb.

Fransa Prezidenti isə bəyan edib ki, hüquq müdafiəsi təşkilatlarının Misirdə insan hüquqlarının pozulması çağırışları fransızların bu ölkəyə silah satışına mane ola bilməz. Eyni zamanda, Makron misirli həmkarının İslamofobiya və İslam rəmzlərinin təhqir edilməsi haqqında iradlarına da açıq münasibət bildirməkdən çəkinib.