0
Tuesday 8 December 2020 - 22:27

"ABŞ silah istehsalı dayanmasın deyə Yəmən xalqını qətliam edir"

Story Code : 902515
"ABŞ silah istehsalı dayanmasın deyə Yəmən xalqını qətliam edir"
"Russia Today" saytının verdiyi məlumata görə, Yəmən Ali Siyasi Şurasının üzvü Məhəmməd Əli Əl-Husi deyib: "ABŞ seçki proqramında vəd edilmiş işsizliyi azaltmaq planını həyata keçirmək, Fars körfəzindəki ərəb ölkələrinin valyutalarına qarşı borclarını ödəmək və İsrailin mənafeinə xidmət edən planlarını gerçəkləşdirmək üçün Yəmən xalqını qətliam edir."

O əlavə edib: "Bu millət hər gün Amerikanın qətliam təhdidi ilə, Səudiyyə Ərəbistanı, BƏƏ və müttəfiqlərinin
bombalarının partlayış səsləri və qaz qoxusu ilə yuxudan oyanır. Bu xalqın dirənişi davam edəcək. Çünki şəhidlik zirvəsinə ucalmış uşaqların, qadınların, yaşlıların və ümumilikdə mülki şəxslərin şəkilləri göstərir ki, ABŞ-ın bir hədəfi var! Onlar Yəmən xalqının qətliam edilməsinin əsas səbəbkarıdır!"
Source : IslamTimes