QR CodeQR Code

İran: "Bizim hər hansı ön şərtimiz yoxdur"

9 Dec 2020 13:26

İslamTimes: İran İslam Məşvərət Şurası rəhbəri Məhəmməd Baqir Qalibaf dünən Pakistanın Tehrandakı səfiri Rəhim Həyat Qureyşi ilə görüşüb.


Görüşdə Qalibaf "İranın müsəlman ölkələri ilə dialoq üçün hər hansı bir ön şərti yoxdur və əlbəttə ki, heç bir ölkə üçün də bir təhlükə sayılmır", - deyə bildirib.

"Pakistan hökumətinin girov götürülmüş 3 İran vətəndaşının azad edilməsi üçün dərhal fəaliyyətə başlamasını istəyirik", - deyə Qalibaf söyləyib.

Bundan əlavə Qalibaf ABŞ-ın regiondakı aktiv fəaliyyətinin qarşısını almaq üçün bütün müsəlman ölkələrinin birləşməsinin labüdlüyünü vurğulayıb. /Eastnews/


Story Code: 902633

News Link :
https://www.islamtimes.org/az/news/902633/iran-bizim-hər-hansı-ön-şərtimiz-yoxdur

Islam Times
  https://www.islamtimes.org