QR CodeQR Code

Dünyanın 153 dövləti İsraili nüvə silahından imtina etməyə çağırıb

9 Dec 2020 13:30

İslamTimes: BMT-nin Baş Assambleyasında İsrailin hərbi nüvə proqramı ilə bağlı keçirilən səsvermənin nəticələri bəlli olub. Dünyanın 153 dövləti İsraili nüvə silahından imtina etməyə çağırıb


SalamNews RT.Arabic-ə istinadla xəbər verir ki, ötən gün BMT-nin Baş Assambleyasında İsrailin hərbi nüvə proqramı ilə bağlı səsvermədə 153 dövlət bu fəaliyyətin əleyhinə, altı ölkə isə lehinə səs verib. Bu səsvermədə 25 dövlət bitərəf qalıb.

Bu səsvermədən sonra BMT Baş Assambleyası Şurası İsraili “nüvə silahından imtina etməyə, bu sahədə sınaqların keçirilməməsinə, bütün nüvə təsisatlarının qapısını Beynəlxalq Atom Enerjisi Agentliyinin və digər nəzarətçi beynəlxalq təşkilatların üzünə açmağa çağırıb.

Qeyd edək ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitunun hesabatına əsasən İsrailin 80-dən çox nüvə başlığı var. İsrail BAEA-nin nəzarətçilərinə ölkənin nüvə təsisatlarına baş çəkməyə icazə vermir. Həmçinin İsrail Nüvə Silahlarının Qarşısının Alınması Müqaviləsinə (NPT) qoşulmaqla bağlı beynəlxalq tələblərə baxmayaraq, dünyada 191 dövlətin qoşulduğu bu birliyə qatılmaqdan imtina edir.


Story Code: 902636

News Link :
https://www.islamtimes.org/az/news/902636/dünyanın-153-dövləti-israili-nüvə-silahından-imtina-etməyə-çağırıb

Islam Times
  https://www.islamtimes.org