QR CodeQR Code

NATO Liviyanı işıqsız qoydu

8 Aug 2011 12:36

IslamTimes - NATO aviasiyası Liviyaya növbəti zərbələr endirib.


Milli.Az xəbər portalının Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu dəfə hədəf enerji sistemi obyektləri olub. Nəticədə Liviyanın bir sıra rayonları işıqsız qalıb.

Aviazərbələrin yalnız paytaxt Tripolidə deyil, Zliten şəhərində də itkilərə səbəb olduğu bildirilir.

Bu arada Zliten və Bir-Qanem şəhərləri ətrafında liviyalı üsyançılarla hökumət qüvvələri arasında döyüşlər davam edir. Qeyd edək ki, bu şəhərlər qiyamçıların Tripoliyə yaxınlaşması baxımından strateji əhəmiyyətə malikdir.


Story Code: 90264

News Link :
https://www.islamtimes.org/az/news/90264/nato-liviyanı-işıqsız-qoydu

Islam Times
  https://www.islamtimes.org