0
Wednesday 9 December 2020 - 15:17

Ceyhun Bayramov Həsən Ruhani və Məhəmməd Cavad Zəriflə görüşüb

Story Code : 902660
Ceyhun Bayramov Həsən Ruhani və Məhəmməd Cavad Zəriflə görüşüb
FarsNews Xəbər Agentliyinin verdiyi məlumata görə, Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov vəzifəyə başladıqdan sonra bu gün ilk dəfə olaraq İran İslam Respublikasına səfər edib. Ceyhun Bayramov Həsən Ruhani və Məhəmməd Cavad Zəriflə görüşüb.

İranın Rusiya, Azərbaycan və Ermənistana xüsusi bir nümayəndə göndərərək Azərbaycan torpaqlarının işağldan azad edilməsi ilə Dağlıq Qarabağ münaqişəsinə son qoymaq planına toxunan Ruhani, İslam Respublikasının iki ölkə arasında atəşkəsin möhkəmləndirilməsində və bölgədə sabitliyin yaradılmasında köməkçi rol oynamağa hazır olduğunu bildirib.

İqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün İran və Azərbaycan sərhədlərindən hərtərəfli istifadə olunmasının vacibliyini vurğulayan Həsən Ruhani əlavə edib: "ABŞ-da Tramp dövrünün bitməsini və bu ölkədə yeni hökumətin hakimiyyətə gəlməsini nəzərə alaraq, ölkələrin əməkdaşlıq üçün daha yaxşı şərtlərə sahib olacağını düşünürük."

Ruhani daha sonra Azərbaycanın azad edilmiş ərazilərinin yenidən qurulmasında İranın hərtərəfli yardım etməyə hazır olduğunu elan edərək deyib: "İki ölkənin qonşuluğunu və İrandakı imkanları nəzərə alsaq, İranın Dağlıq Qarabağ müharibəsindən təsirlənmiş bölgələrin yenidən qurulmasında iştirakı hər iki ölkəyə faydalı olacaq."

Qeyd edək ki, Məhəmməd Cavad Zərif azərbaycanlı həmkarı Ceyhun Bayramovu video konfransla əlaqə yaratdığı zaman Tehrana səfərə dəvət etmişdi.
Source : IslamTimes