QR CodeQR Code

“Türkiyədə yeni il tətilində küçəyə çıxmaq məhdudiyyəti tətbiq olunacaq”

10 Dec 2020 01:02

İslamTimes: Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə məqsədilə hökumətin qəbul etdiyi rejim qaydalarına uyğun olaraq yeni il tətilində küçəyə çıxmaq məhdudiyyəti tətbiq olunacaq.


APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca nazirliyin nəzdində yaradılan Elm Qurumunun toplantısından sonra jurnalistlərin sualların açıqlayarkən bildirib.

Nazir deyib ki, 31 dekabr 2020-ci il və 1 yanvar 2021-ci il tarixlərində küçəyə çıxmaq məhdudiyyətindən əlavə, hökumətin həftəsonu 56 saat “evdə qalmaq” rejimi də qüvvədə olduğu üçün ümumilikdə 4 gün küçəyə çıxmaq müddəti Elm Qurumunun tövsiyələrinə uyğun olaraq müəyyənləşib: “Bu müddətin artıb-azalacağı ilə bağlı qərar infeksiyanın yayılma tempinə uyğun olaraq gələn həftə veriləcək. Amma il sonunda küçəyə çıxmaq məhdudiyyəti mütləq tətbiq olunacaq”.


Story Code: 902750

News Link :
https://www.islamtimes.org/az/news/902750/türkiyədə-yeni-il-tətilində-küçəyə-çıxmaq-məhdudiyyəti-tətbiq-olunacaq

Islam Times
  https://www.islamtimes.org