QR CodeQR Code

BMT-dən Fransaya: Bu, müsəlmanları hədəf alır

10 Dec 2020 08:45

İslamTimes: Fransada təhlükəsizliklə bağlı qəbul edilən qətnamənin Afrika əsillilər və digər milli azlıqlar üçün mənfi təsirləri ola bilər.


Axar.az xəbər verir ki, bu sözləri BMT-nin İnsan Haqları üzrə ali komissarı Mişel Baçelet deyib.

M.Baçelet yeni qanunun 24-cü maddəsini sərt tənqid edərək, burada müsəlmanların hədəf alınacağından ehtiyatlandığını dilə gətirib:

“Fransada uzun zamandır ki, hüquq-mühafizə orqanlarında irqçiliyin və bu yöndə təcrid edilmənin şahidi oluruq. Bu vəziyyətə təcili müdaxilə edilməlidir”.

Qeyd edək ki, Fransa Milli Məclisində qəbul edilmiş təhlükəsizlik qətnaməsinə görə, hüquq-mühafizə orqanlarında çalışan əməkdaşların şəxsiyyətini müəyyənləşdirən foto və video görüntülərin yayımlanması qadağan edilib. Yeni qanuna riayət etməyənləri 1 il həbs və 45 min avro cərimə cəzası gözləyir.


Story Code: 902811

News Link :
https://www.islamtimes.org/az/news/902811/bmt-dən-fransaya-bu-müsəlmanları-hədəf-alır

Islam Times
  https://www.islamtimes.org