0
Monday 8 August 2011 - 14:43

Fələstinli əsirlər sionistlər tərəfindən Ən-Nəqab həbsxanasında zəhərləniblər

Story Code : 90307
Fələstinli əsirlər
Fələstinli əsirlər
Sionist işğal rejiminin nəzarətindəki Ən-Nəqab həbsxanasında olan fələstinli əsirlərə son istifadə tarixi keçmiş xarab südün verilməsi nəticəsində 40 əsir zəhərlənib. İçdikləri süddən sonra qusma və ishal şikayətilə həbsxananın tibb məntəqəsinə gətirilən əsirlər müşahidə altında saxlanılır.

Zindandan bayıra məktub sızdıran əsirlərdən biri həyatlarından özlərinə xarab süd sataraq zəhərlənmələrinə səbəb olan həbsxananın idarəsinin məsulu olduğunu bildirib. Məktubda xüsusilə qeyd olunur ki, son 1 ay ərzində ikinci dəfə zəhərləndirilən fələstinli əsirlərin sionist həbsxanasının idarəsi əleyhinə məhkəməyə müraciət etdikləri bildirilir. Fələstinin Əsirlər Nazirliyi fələstinli əsirlərin yaşadığı pis həbsxana şərtlərini aşkar etmək və bu şərtlərin düzəldilməsini təmin etmək üçün “Qırmızı Xaç”dan vasitəçilik etməsini istəyib. /Deyerler/
Comment