QR CodeQR Code

Fələstinli əsirlər sionistlər tərəfindən Ən-Nəqab həbsxanasında zəhərləniblər

8 Aug 2011 14:43

IslamTimes - Həbsxanaya kənardan qida girişinə mane olan işğalçı rejim fələstinli əsirlərə xarab məhsullar verir.


Sionist işğal rejiminin nəzarətindəki Ən-Nəqab həbsxanasında olan fələstinli əsirlərə son istifadə tarixi keçmiş xarab südün verilməsi nəticəsində 40 əsir zəhərlənib. İçdikləri süddən sonra qusma və ishal şikayətilə həbsxananın tibb məntəqəsinə gətirilən əsirlər müşahidə altında saxlanılır.

Zindandan bayıra məktub sızdıran əsirlərdən biri həyatlarından özlərinə xarab süd sataraq zəhərlənmələrinə səbəb olan həbsxananın idarəsinin məsulu olduğunu bildirib. Məktubda xüsusilə qeyd olunur ki, son 1 ay ərzində ikinci dəfə zəhərləndirilən fələstinli əsirlərin sionist həbsxanasının idarəsi əleyhinə məhkəməyə müraciət etdikləri bildirilir. Fələstinin Əsirlər Nazirliyi fələstinli əsirlərin yaşadığı pis həbsxana şərtlərini aşkar etmək və bu şərtlərin düzəldilməsini təmin etmək üçün “Qırmızı Xaç”dan vasitəçilik etməsini istəyib. /Deyerler/


Story Code: 90307

News Link :
https://www.islamtimes.org/az/news/90307/fələstinli-əsirlər-sionistlər-tərəfindən-ən-nəqab-həbsxanasında-zəhərləniblər

Islam Times
  https://www.islamtimes.org