0
Saturday 12 December 2020 - 00:06

Ərdoğana olar, Zərifə yox?!

Story Code : 903153
Ərdoğana olar, Zərifə yox?!
Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın 10 dekabrda Bakıda keçirilən Zəfər paradında "Arası ayırdılar... Mən səndən ayrılmazdım, zor ilə ayırdılar" söyləməsi rəsmi Tehranın, eləcə də Cənubi Azərbaycan fəallarından bir çoxunun etirazı ilə qarşılanıb.
Bu gün BMT-nin dünya ölkələrinin sərhədlərini tam şəffaflığı ilə açıqladığı halda Ərdoğanın İran İslam Respublikasının tərkibində olan bölgələrə qarşı iddia ilə çıxış etməsi, Türkiyə prezidentinin rəsmi Tehranla Bakı arasında gərginlik yaratmağa çalışmasından başqa şəkildə izah edilə bilməz.
44 günlük ikinci Qarabağ müharibəsi zamanı onlarla bəyanatla Azərbaycan Respublikasının haqlı mübarizəsinə dəstək verən İranla Azərbaycan arasında inciklik yaratmaq kimin işinə yarayır?
Maraqlı məqamlardan biri isə budur ki, İran xarici işlər naziri Ərdoğanın bu sözlərinin rəsmi Bakı üçün belə təxribat olduğunu bildirməsindən sonra Türkiyədəki İran səfiri XİN-ə çağırılaraq ona bildirilib ki, "İran XİN rəhbəri Cavad Zərif öz iradını başqa yollarla da Türkiyəyə bildirə bilərdi. Zərif iradını açıq şəkildə "Twitter" hesabında yazmaqla İran və Türkiyə arasındakı isti münasibətlərə zərər gətirib. Bu, həm də İran və Türkiyə arasındakı əlaqəni pozmaq istəyən mühitə xitab etmək deməkdir."
Maraqlıdır, cənab Ərdoğan milyonlarla insanın canlı olaraq izlədiyi paradda İranın ərazi bütövlüyünü hədəf alan çıxış edə bilər, amma Cavad Zərif şəxsi hesabında bu təxribata etiraz edə bilməz?!
Source : IslamTimes