QR CodeQR Code

Bayden yeni kabinet üzvlərini təqdim edib

12 Dec 2020 09:30

İslamTimes: İlkin nəticələrə görə ABŞ Prezidenti seçilən Cozef Bayden Ağ Evin daxili siyasət üzrə məsul şəxsi olacaq Syuzan Raysla yanaşı, administrasiyanın yeni üzvlərini təqdim edib.


APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, Bayden baş prokuror vəzifəsi istisna olmaqla demək olar ki, bütün əsas vəzifələrə namizədlərin adını açıqlayıb.

Obamanın dövründə vəzifədə olan Tim Vilsack Kənd təsərrüfatı katibi, həmin dönəmdə Ağ Evin Baş katibi Denis MaqDona Veteranlar İşləri üzrə nazir olacaq. Digər tanış sima Obamanın keçmiş Milli təhlükəsizlik müşaviri və ABŞ-ın BMT-dəki keçmiş səfiri Syuzan Raysdır. O, Bayden administrasiyasında prezidentin daxili siyasət üzrə müşaviri olacaq.

Baydenin komandasına nisbətən yeni gələnlər arasında Mənzil və Şəhərsalma Departamentinə rəhbərlik edəcək konqresmen Marsiya Fardj, eləcə də ABŞ Ticarət Nümayəndəliyinin başçısını olacaq ilk Asiya-amerikalı Ketrin Tay da var.


Story Code: 903208

News Link :
https://www.islamtimes.org/az/news/903208/bayden-yeni-kabinet-üzvlərini-təqdim-edib

Islam Times
  https://www.islamtimes.org