0
Sunday 13 December 2020 - 09:05

Fransa paytaxtında aksiyalar zamanı saxlanılanların sayı 140 nəfəri keçib

Story Code : 903410
Fransa paytaxtında aksiyalar zamanı saxlanılanların sayı 140 nəfəri keçib
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Fransanın daxili işlər naziri Jerald Darmanen bildirib.

Bundan əvvəl 119 nəfərin saxlanılması barədə məlumat verilmişdi.

“Zorakılıqlar törətmək üçün bir neçə yüz iğtişaşçı gəlmişdi. Xuliqanlara qarşı möhkəmlik strategiyası – 142 nəfərin saxlanılması və aksiya iştirakçılarının müşayiəti – iğtişaşçıların qarşısını almağa və ticarət sahələrini qorumağa imkan verdi”, - deyə nazir öz “Twitter” səhifəsində yazıb.