QR CodeQR Code

Fransa paytaxtında aksiyalar zamanı saxlanılanların sayı 140 nəfəri keçib

13 Dec 2020 09:05

İslamTimes: Parisdə keçirilən etiraz aksiyalarında saxlanılan şəxslərin sayı 142 nəfərə çatıb.


APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Fransanın daxili işlər naziri Jerald Darmanen bildirib.

Bundan əvvəl 119 nəfərin saxlanılması barədə məlumat verilmişdi.

“Zorakılıqlar törətmək üçün bir neçə yüz iğtişaşçı gəlmişdi. Xuliqanlara qarşı möhkəmlik strategiyası – 142 nəfərin saxlanılması və aksiya iştirakçılarının müşayiəti – iğtişaşçıların qarşısını almağa və ticarət sahələrini qorumağa imkan verdi”, - deyə nazir öz “Twitter” səhifəsində yazıb.

 


Story Code: 903410

News Link :
https://www.islamtimes.org/az/news/903410/fransa-paytaxtında-aksiyalar-zamanı-saxlanılanların-sayı-140-nəfəri-keçib

Islam Times
  https://www.islamtimes.org