QR CodeQR Code

ABŞ-da aksiya zamanı atışma olub, Trampın tərəfdarları xəsarət alıb

13 Dec 2020 09:44

İslamTimes: ABŞ-ın Vaşinqton ştatının Olimpiya şəhərində keçirilən etiraz aksiyası zamanı atışma olub.


“Report” xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Qeyd edilir ki, ABŞ prezidenti Donald Trampın tərəfdarları ilə rəqibləri arasında toqquşmalar baş verib. Atışmadan sonra bir şübhəli şəxs saxlanılıb. Hadisə zamanı Trampın iki tərəfdarı xəsarət alıb.

Məlumata görə, atışmada iştirak edən hər iki qrup yaxşı silahlanıb.

“The Seattle Times” qəzeti isə polisə istinadən hadisə ilə əlaqədar 2 şübhəli şəxsin saxlanıldığını, 1 nəfərin xəsarət aldığını xəbər verib.

Olimpiada gün ərzində bir neçə toqquşma baş verib, lakin qarşıdurmalar kiçik miqyaslı olub.

Qeyd edək ki, Trampın tərəfdarları öz namizədlərinin yenidən prezident seçilməsi uğrunda mübarizə aparırlar, onlar hesab edirlər ki, seçkilərin nəticələri Co Bayden tərəfindən oğurlanıb.


Story Code: 903413

News Link :
https://www.islamtimes.org/az/news/903413/abş-da-aksiya-zamanı-atışma-olub-trampın-tərəfdarları-xəsarət-alıb

Islam Times
  https://www.islamtimes.org