0
Sunday 13 December 2020 - 21:30

İran səfirindən Türkiyə paylaşımı

Story Code : 903538
İran səfirindən Türkiyə paylaşımı
Axar.az xəbər verir ki, bunu İranın Ankaradakı səfiri Məhəmməd Ferazmend Tvitter səhifəsində yazıb.

Səfir paylaşımında Türkiyə və İran XİN başçılarının dünənki telefon söhbətində yanlış anlaşılmanın aradan qaldırıldığını qeyd edib:

"Son zamanlar yaşanan yanlış anlaşılma aradan qaldırıldı və hər iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi, daha da gücləndirilməsinin önəmi vurğulandı”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğanın dekabrın 10-da Bakıda keçirilən Zəfər paradında gərginliyə səbəb olan Arazla bağlı bayatını səsləndirməsi İran rəsmilərinin reaksiyası ilə qarşılanmışdı.