0
Sunday 13 December 2020 - 20:14

Merkel Aİ-də koronavirusa qarşı peyvəndin tətbiqinə başlanılacağı tarixi açıqlayıb

Story Code : 903539
Merkel Aİ-də koronavirusa qarşı peyvəndin tətbiqinə başlanılacağı tarixi açıqlayıb
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, A. Merkel peyvəndin təhlükəsizliyinə Dərman Vasitələri üzrə Avropa Agentliyinin qiymət verdiyini bildirib.

Baş nazir Agentliyin peyvəndlə bağlı qərarını dekabrın 29-a qədər açıqlayacağını bəyan etdiyini xatırladıb: “Bundan dərhal sonra peyvəndin bütün Avropa ölkələrinə çatdırılmasına başlanılacaq və yanvar ayında peyvənd vurulmasına başlamaq imkanı olacaq. Agentliyin qərarından bir neçə gün sonra peyvənd vurulması prosesi başlayacaq”.