QR CodeQR Code

Merkel Aİ-də koronavirusa qarşı peyvəndin tətbiqinə başlanılacağı tarixi açıqlayıb

13 Dec 2020 20:14

İslamTimes: Almaniya Baş naziri Angela Merkel Almaniya və Avropa İttifaqında yeni növ koronavirusa (COVİD-19) qarşı peyvəndin tətbiqinə başlanılacağı tarixi açıqlayıb.


APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, A. Merkel peyvəndin təhlükəsizliyinə Dərman Vasitələri üzrə Avropa Agentliyinin qiymət verdiyini bildirib.

Baş nazir Agentliyin peyvəndlə bağlı qərarını dekabrın 29-a qədər açıqlayacağını bəyan etdiyini xatırladıb: “Bundan dərhal sonra peyvəndin bütün Avropa ölkələrinə çatdırılmasına başlanılacaq və yanvar ayında peyvənd vurulmasına başlamaq imkanı olacaq. Agentliyin qərarından bir neçə gün sonra peyvənd vurulması prosesi başlayacaq”.


Story Code: 903539

News Link :
https://www.islamtimes.org/az/news/903539/merkel-ai-də-koronavirusa-qarşı-peyvəndin-tətbiqinə-başlanılacağı-tarixi-açıqlayıb

Islam Times
  https://www.islamtimes.org