QR CodeQR Code

Bayden İrana qarşı maksimum təzyiq siyasətinə davam edəcək?

IslamTimes , 14 Dec 2020 14:20

İslamTimes: "Israel Hayom" qəzeti iddia edib ki, Bayden komandası İrana qarşı "maksimum təzyiq"i davam etdirməyə çalışacaq.


Qəzetin iddiasına əsasən 2020-ci il ABŞ seçkilərinin qalibi olmuş Demokrat namizəd Co Baydenin bəzi müşavirləri onu İrana qarşı maksimum təzyiq siyasətinə davam etməyə razı salmağa çalışır. Müşavirlər Baydenə bildirib ki, bu maksimum təzyiq siyasəti Tehranı HBFP sazişində dəyişikliklər edilməsinə razı salmaq üçün bir vasitə ola bilər.

"Israel Hayom" iddia edir ki, Ağ Evdə məskunlaşmaq astanasında olan Demokrat namizədin bəzi müşavirləri Tramp administrasiyasının maksimum təzyiq siyasəti ilə bağlı bəzi sanksiyaların aradan qaldırılmaması üçün Baydeni qane etməyə çalışırlar.

Sionist mediasının yazdığına görə, müşavirlərdən bəzisi bildirib ki, Bayden söz verdiyi kimi İrana qarşı barışıq əli uzatsa və HBFP sazişinə geri dönsə bu addım əks nəticə verəcək.


Story Code: 903658

News Link :
https://www.islamtimes.org/az/news/903658/bayden-irana-qarşı-maksimum-təzyiq-siyasətinə-davam-edəcək

Islam Times
  https://www.islamtimes.org